Dövlət Agentliyinin nümayəndələri zirvəni fəth etdi - FOTOLAR

  • By admin
  • 28 May 2023 18:55

28 May – Müstəqil Respublikamızın sələfi, Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.

Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə 2018-ci ildə yeni zirvə adlandırıldı.

Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illiyi” zirvəsi adı verilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümündə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin kollektivi “Cümhuriyyətin 100 illiyi zirvəsi”nin ideya və layihə rəhbəri, peşəkar alpinist və dağlarda xilasedici Sirxan Məmmədovun müşayiəti ilə həmin zirvəyə (3740 m) yürüş etdi.

Gununsesi.info