Dövlət başçısı qaçqın və sığınacaq axtaran şəxslərin hüquqları ilə bağlı sənəd imzaladı

  • By admin
  • 27 Noyabr 2020 17:46

Ermənistanın təcavüzündən əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlər 2020-2025-ci illərdə gücləndiriləcək.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bu, dövlət başçısı İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bununla bağlı tapşırıq verilib.

Həmçinin Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-2025-ci illərdə qaçqın və sığınacaq axtaran, eləcə də digər həssas qrupa daxil olan 18 yaşınadək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil, sağlamlıq və sosial hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görülməsi tapşırılıb.

Gununsesi.org