Dövlət büdcəsi layihəsi müzakirə olunur

  • By admin
  • 10 Noyabr 2022 11:36

Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunur.

Gununsesi.info xəbər verir ki, müzakirələrdə maliyyə naziri Samir Şərifov, elm və təhsil nazirinin müavini İdris İsayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov və digər dövlət rəsmiləri iştirak edir.

İclasa MM-in sədr müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli moderatorluq edir.

Müzakirələrdə deputatlar çıxış edərək dövlət büdcəsi ilə bağlı təkliflərini səsləndirəcəklər.

Gununsesi.info