“Dövlət büdcəsində neftin qiyməti 40 dollar civarında müəyyənləşəcək” - MALİYYƏ NAZİRİ

  • By admin
  • 26 Sentyabr 2016 12:13
samirrr
2017-ci ildə dövlət büdcəsində neftin qiyməti 40 dollar civarında müəyyənləşəcək.
Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov səs verdiyi məntəqədə  jurrnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın gələn il üzrə dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar götürülüb.
 Nazir bunu neftin qiymətinin dünya bazarında  müşahidə edilən artıqmla  izah edib.
Qeyd edək ki, 2016-cı ildə bu göstərici 25 dollar/barrel təşkil edib.
Nazir onu da əlavə edib ki, 2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi azalmaqda davam edəcək.
“Burada 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir”.
Qeyd edək ki, 2016-cı ilin dəqiqləşdirilmiş dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 7 mlrd. 615mln. manat təşkil edib.
Mürtəza
Gununsesi.info