Dövlət büdcəsinin gəlir və xərcləri 300 milyon manat artırlır - NAZİR

  • By admin
  • 06 Dekabr 2016 13:04
samir_sarifov_06
Hökumət millət vəkilinin təklifini nəzərərə alaraq, büdcənin gəlir və xərclərini 300 milyon manat həcmində artırıb.
Gununsesi.info xəbər verir ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılmasını  Milli Məclisin (MM) plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir  Şərifov deyib.
Qeyd edək ki, millət vəkili Tahir Kərimli büdcənin  parlamentin komitələrində müzakirəsi zamanı belə bir təkliflə çıxış etmişdi.
Nazirin sözlərinə görə,  Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması ilə əlaqədar qərarı gələn ilin dövlət büdcəsində gəlir və xərclərin 300 mln. manat artırılmasına səbəb olub:
Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88%, xərcləri isə 1,81% artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində nəzərdə tutulur. 
Onu da qeyd edək ki, indiyədək 2017-ci ilin  dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində nəzərdə tutulurdu.
Mürtəza 
Gununsesi.info