Dövlət büdcəsinin icrası haqqında qanun təsdiqləndi

Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fərman Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 184 560,9 min manat, xərclər 38 604 559,6 min manat məbləğində olmaqla təsdiq edilib.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib.

 

Gununsesi.info