Dövlət Departamenti Ali Məhkəmənin İlqar Məmmədovla bağlı qərarını pislədi -ONU AZAD ETMƏYƏ ÇAĞIRIRIQ

  • By admin
  • 23 Noyabr 2016 13:03

ilqar-mammadov

“Birləşmiş Ştatlar Avropa Şurası, Avropa Birliyi və digərləri kimi noyabrın 18-də Azərbaycanın Ali Məhkəməsinin REAL hərəkatının sədri İlqar Məmmədovun appelyasiyasına verdiyi imtina qərarına dair narahatlıq bildirir”.

Gununsesi.info-nun xəbərinə görə, bu fikirlər ABŞ-ın Dövlət Departamentinin yaydığı bəynatda əks olunub. 

Bəyanatda deyilir:

Biz Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı sürülən bitün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqqları Məhkəməsinin 2014-cü ildə verdiyi qərara riayaət etməyə, və cənab Məmmədovda daxil olmaqla əsas azadlıqlardan yararlanmalarına görə həbsdə olan şəxsləri azad etməyə çağırırıq.

Dovlet Departamenti

Gununsesi.info