Dövlət Departamentindən Ukraynaya gedən amerikalılara TÖVSİYƏ

  • By admin
  • 09 Mart 2022 09:25

ABŞ Dövlət Departamenti öz saytındakı tövsiyələrdə Ukraynaya gedən amerikalılara vəsiyyətnamə yazmağı və DNT nümunələrini tibb müəssisəsinə təqdim etməyi tövsiyə edib.

Gununsesi.info report-a istinadla xəbər verir ki,  Dövlət Departamenti Amerika vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb.

“Hazırda Ukraynada deyilsinizsə, lakin Ukraynaya daxil olmamaq tövsiyəsinə məhəl qoymursunuzsa, səyahət etməzdən əvvəl aşağıdakı addımları atmağı düşünməlisiniz. Vəsiyyətinizi yazın və DNT nümunələrinizi səhiyyə xidmətinə verin ki, gələcəkdə ailəniz bu nümunələri rahat əldə edə bilsin”, – deyə təlimatlarda deyilir.

Vətəndaşlara vacib sənədləri və əlaqə məlumatlarını yaxınları ilə bölüşmək tövsiyə olunur ki, onlar ABŞ-a qayıda bilməyən amerikalının işlərini idarə edə bilsinlər.

Gununsesi.info