Dövlət Departamentinin təmsilçisi hüquq müdafiəçilərini dinləyib

  • By admin
  • 19 Yanvar 2023 21:58

Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kameron bir qrup insan haqları fəalı ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya görüşdə iştirak edən “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının həmsədri Rüfət Səfərov bildirib ki, ölkədəki insan haqlarının ümumi durumu müzakirə olunub.

“Bizi narahat edən məsələləri ifadə etdik.
Görüşdə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Brett Dvorak, vəkil Aqil Layıc, gender fəalı Gülnarə Mehdiyeva, ictimai fəal Ülvi Həsənli də iştirak edirdi.

“Müdafiə Xətti” olaraq Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun məsələsinə xüsusi toxunduq”.

Mətləb

Gununsesi.info