Dövlət Departamentinin tənqidlərindən nəticə çıxarılmalıdır - VƏKİL BƏHRUZ BAYRAMOV

  • By admin
  • 25 Aprel 2022 16:38

 

“ABŞ Dövlət Departamentinin insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanla bağlı hissə məyusedicidir. Hesab edirəm ki, hökumət həmin hesabatı diqqətə almalı və orada qaldırılan məsələləri yoluna qoymalıdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Bəhruz Bayramov ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatına münasibətində deyib.

Xatırladaq ki, hesabatın Azərbaycanla bağlı bölümündə ölkəmizdə insan hüquqlarının vəziyyəti tənqid edilib.

Vəkilin  sözlərinə görə, son dövrlər bir sıra sahələrdə müşahidə olunan pozitiv addımlar məhkəmə-hüquq sistemindən yan keçməməlidir:

“Obyektivlik namizə qeyd etmək lazımdır ki, bir sıra sahələrdə müəyyən təşviqin şahidiyik. Ancaq bunu məhkəmə-hüquq sisteminə aid edə bilmərik. Bu gün Azərbaycanda məhkəmə-hüquq sistemindəki vəziyyətin dəyişməsi bütövlükdə dövlətin beynəlxalq imici üçün vacib şərtlərdən biridir”. 

 

Gülnar Məmmədli

Gununsesi.info