Dövlət Gömrük Komitəsinin sədr müavini İŞDƏN ÇIXARILDI

  • By admin
  • 02 Avqust 2022 19:53

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.

Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, B.Quliyev 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2022-ci il yanvarın 7-də isə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.

Gununsesi.info