Dövlət Komitəsi məcburi köçkünün mənzilini təmir edib -FOTOLAR

  • By admin
  • 27 Dekabr 2021 18:10

Evi yanaraq yararsız hala düşmüş məcburi köçkünün mənzilini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təmir edib.

Gununsesi.info xəbər verir ki, Tərtər rayonunun Çaylı kəndində Laçın rayonundan məcburi köçkün Mahmudov Şəhriyar Mahmud oğlunun 5 nəfər ailə üzvü ilə birlikdə müvəqqəti məskunlaşdığı, ümumi yaşayış sahəsi 99.3 kvadrat metr olan fərdi evdə 15 sentyabr 2021-ci ildə  yanğın baş verib.

Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, 4 otaqlı fərdi evin içərisindəki  əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşdüyünü qeydə alıblar. 22 sentyabr 2021-ci ildə Dövlət Komitəsi tərəfindən evin təmirinə başlanılıb. Yanmış otaqların döşəməsi və tavanı, qap və pəncərələri yenilənib, divarlar oboyla üzlənib, dam örtüyünə rəngli metal təbəqələr vurulub, evin ətrafında səkilər betonlanıb. Ev tam təmir olunmuş vəziyyətdə ailəyə təhvil verilib.

Qeyd edək ki, Şəhriyar Mahmudovun qardaşı Bəxtiyar Mahmudov 21 fevral 2021-ci ildə Suqovuşanda mina partlaması nəticəsində həlak olub.

Gununsesi.info