Dövlət Təhlükəsizlik Xidmətinin rəisi məşhur velosipedçi ilə veloyürüşdə - VİDEO

  • By admin
  • 18 İyul 2017 09:20

564349

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi (DTX), milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.

Gununsesi.info baku.ws-yə istinadən xəbər verir ki, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.

“Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, – deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.

Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şosse velosipedçisi, Synergy Baku Cycling Project komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. 

Gununsesi.info