Dövlət və hökumət rəsmiləri Xocalı abidəsini ziyarət etdi - FOTOLAR

  • By admin
  • 26 Fevral 2023 12:58

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Gununsesi.info xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Gununsesi.info