
Rusiyaya məxsus döyüş təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info-nun “Türkiye” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyini məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiyanın “Admiral Kuznetsov” təyyarə daşıyan kreyserindən havalanan “Su-33” döyüş təyyarəsi Aralıq dənizinə düşüb. Qəza zamanı pilot katapult edərək xilas olub.
Nazırlik onun da xatırladıb ki, ötən həftə “Admiral Kuznetsov” təyyarə daşıyan kreyserindən qalxan daha bir döyüş təyyarəsi qəzaya uğrayıb.
Anar
Gununsesi.info