“DÖZƏ BİLMƏDİK”: 150 nəfər seks işçisinin çalışdığı Avropanın ən böyük fahişəxanası qapadıldı

  • By admin
  • 04 Yanvar 2021 11:16

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən və Avropanın ən böyük fahişəxanası sayılan “Pascha” müflis olub.

Koronovirusun ikinci dalğasına davam gətirməyən fahişəxana qapanma qərarı verib.

“Pascha” nı işlədən şirkətin baş direktoru Armin Lobscheid : “Daha dözə bilmədik. Bütün işçilərə maaşlarını verdik. Amma bundan sonra onlara pullarını ödəyə bilməyəcəyik” deyib.

Hazırda məşhur fahişəxananın fəaliyyət göstərdiyi məkanın aqibətinin necə olacağı bəlli deyil.

Qeyd edək ki, fahişəxananın fəaliyyət göstərdiyi binada hər mərtəbə bir ölkənin adı ilə çağırılıb. 7-ci mərtəbəyə isə “Türkiyə” adı verilib. “Məmnun qalmayanlara pulunu geri veririk” devizi altında fəaliyyət göstərən fahişəxanada gündəlik 150 nəfər seks işçisi çalışıb.

“Pascha’da 126 xüsusi otaq, bir restoran, gözəllik mərkəzi, SPA salonu, mağaza, camaşırxana, bufet fəaliyyət göstərib. Fahişəxanının şəxsi qəzeti də nəşr edilib.

 

Gununsesi.info