“Drakon” ləqəbli aktyor azadlığa buraxılıb

  • By admin
  • 15 İyul 2023 22:03

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev azadlığa buraxılıb.

Xatırladaq ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də cəzanı şərti hesab edib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunmuşdu.

Gununsesi.info