Dram Teatrında mövsümün ilk tamaşası baş tutub

Dram Teatrında mövsümün ilk tamaşası baş tutub

mov7

Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 22-də “Qarabağnamə” tamaşası ilə açıb.

Gununsesi.info teatrın mətbuat xidmətindən verilən məlumata görə, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Səhnə əsərinin nümayişindən əvvəl çıxış edən xalq artistləri Hacı İsmayılov və Ramiz Məlik teatrın insanların həyatındakı rolundan, yeni mövsümdə gözlənilən yeniliklərdən danışıblar. Daha sonra səhnə əsəri nümayiş olunub.

Tamaşada XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edilib.

mov7

 

movs5

Gununsesi.info

COMMENTS