Drezden muzeyindən 113 milyon avroluq oğurluq edən şəxslər mühakimə olunur

  • By admin
  • 29 Yanvar 2022 16:20

Almaniyanın Drezden şəhərindəki “Yaşıl Qübbə” (Grünes Gewölbe) muzeyindən 18-ci əsrə aid çox qiymətli daş-qaş oğurlayan altı nəfər məhkəmə qarşısına çıxarılıb.

Gununsesi.info “Euronews”a istinadla xəbər verir ki, 2019-cu ilin noyabrında baş vermiş soyğun zamanı dəyəri 113 milyon avrodan artıq olan 4300-dən çox daş-qaş oğurlanıb.

Yaşları 22 ilə 28 arasında olan altı müttəhim cümə günü Almaniyanın şərqində yerləşən şəhərin regional məhkəməsi qarşısına çıxıb. Onların hər birini on ilə qədər həbs gözləyir. Məhkəmə zamanı prokurorlar açılış bəyanatlarında şübhəlilərin “Remmo klanı” kimi tanınan mütəşəkkil cinayət ailəsinin üzvləri olduğunu bildiriblər.

Qeyd edək ki, Drezdendəki məhkəmə prosesinin oktyabr ayına qədər davam edəcəyi gözlənilir.

 

 

Gununsesi.info