
59 Saylı Quba Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Vahid Əhmədovun namizədliyi qeydə alınıb.
Bu barədə Gununsesi.info-ya Vahid Əhmədovun özü bildirib.
Onun sözlərinə görə, Seçki Məcəlləsində nəzərdə tutulan seçici imzasını 1 gün ərzində toplayıblar: “Mən uzun illərdir ki, Qubadan deputatam. Bu rayonun əhalisi ilə bir ailə kimiyik. Mənim üçün imza kampaniyası sadə bir proses idi. İnşallah seçkilərdə də qələbəmiz belə asan olacaq”.
Vahid Əhmədov deyib ki, artıq namizəd kimi vəsiqəsini də əldə edib.
Elmar
Gununsesi.info