DSMF Novella Cəfəroğlunu məhkəməyə verdi

  • By admin
  • 04 İyul 2016 15:55

novella

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğluna qarşı məhkəmə qərarından kassasiya şikayəti verib. Gununsesi.info xəbər verir ki, iyulun 5-də Ali Məhkəmədə şikayətə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi N.Cəfəroğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilən DSMF-nin Yasamal rayon şöbəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən N.Cəfəroğlu əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə tələb irəli sürüb. Məhkəmə hüquq müdafiəçisinin iddiasını təmin edib.

Qərardan narazı qalan DSMF-nin Yasamal rayon şöbəsi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən saxlayıb. DSMF-nin Yasamal rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməyib. Sonradan həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Gülnaz Qənbərli