DSMF-nin rayon şöbəsinin sədri vəfat etdi

  • By admin
  • 03 Avqust 2017 10:25

qeza

Ay yarım xəstəxanada qalan şöbə müdiri ölüb

Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Daşkəsən rayon şöbəsinin müdiri dünyasını dəyişib.

Gununsesi.info “report”a istinadən məlumat verir ki, iyunun 18-də Gəncə-Daşkəsən avtomobil yolunda idarə etdiyi “Hyundai” markalı avtomobillə avtomobil qəzasına düşən, 1956-cı il təvəllüdlü Firuddin Əli oğlu Cəfərli aldığı xəsarətlərdən bu gün vəfat edib.

Xatırladaq ki, F.Cəfərlinin idarə etdiyi avtomobil Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin xidməti maşını olan “NİVA” markalı avtomobillə toqquşub. Qəzaya isə bir müddət əvvəl ürəyindən əməliyyat olunan F.Cəfərlinin sükan arxasında infarkt keçirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info