44 Günlük Vətən Müharibəsinin şəhidi Vüsal Musayevin ailəsi dövlət tərəfindən onlara verilməli olan icbari şəxsi sığorta ödənişini ala bilmir.
Bu barədə Gununsesi.info-ya şəhidin ailəsindən bildirilib.
Xatırladaq ki, prezident tərəfindən həm də “Cəsur döyüşçü” medalı ilə təltif olunan Vüsal Musayev müharibədən ağır yaralı halda Bakıdaki Hərbi Kliniki Tibbi Mərkəzinə gətirilib və orada ağrılara dözməyərək intihar etmişdi.
Sonra məhkəmə qaydasında Vüsal Musayevə şəhid statusu verilib.
İki azyaşlı övladı olan şəhidin həyat yoldaşı Musayeva Tükəzban Rəşid qızı məhkəmənin müvafiq qərarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna təqdim etsə də hələ də müsbət cavab ala bilməyib.
DSMF-nin İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev ailəyə yazdığı cavab məktubunda nədənsə məhkəmənin müvafiq qərarını görməzdən gəlib.
Məsələ ilə bağlı adıçəkilən qurumdan münasibət öyrənmək cəhdlərimiz baş tutmayıb.
Gununsesi.info olaraq, həmin qərarın surətini Zəka Mirzəyevin diqqətinə çatdırırıq.
Mövzuya qayıdacağıq.
Mətləb
Gununsesi.info