Dövlət Sərhəd Xidmətində “qaynar xətt” yaradıldı

  • By admin
  • 17 Mart 2020 10:45

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli qaynar xətt xidməti fəaliyyətə başlamyıb.

Gununsesi.org xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Belə ki, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə – 16-58, bölgələr üzrə – 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün- 16-58 təyin edilib.

Gununsesi.org