
Sosial şəbəkələrdə DSX-nın əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.
Gununsesi.info-ya DSX-nin Mətbuat Xidmətindən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb.
Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:
“Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir” , – qurumdan məlumat verilib.
Gununsesi.info