DSX hərbçilərinin ərzaqları Ukraynada satılır? – RƏSMİ AÇIQLAMA

“26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib”.

Bu barədə Gununsesi.info-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

HTML tutorial

“Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir”, – məlumatda bildirilib.

Gununsesi.info