DSX-nin ilk qadın pilotuna səhv diaqnoz qoyulubmuş - ŞOK

  • By admin
  • 01 Sentyabr 2016 12:57

Dilara

Dünyasını dəyişən Dövlət Sərhəd Xidmətinin (DSX)  ilk qadın pilotu- 1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva ilə bağlı yeni təffərüatlar ortaya çıxıb.

Gununsesi.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, ötən gün D. Babayeva mədə ağrısı ilə 1 saylı Şəhər Kliniki Xəstəxanası (Semaşko) gətirilib. Xəstəxanaya daxi olanda həkimlər ona zəhərlənmə diaqnozu qoyublar. D. Babayeva sonra zəhərlənmə şöbəsinə yerləşdirilib. O, zəhərlənmə şöbəsində 2 gun saxladıqdan sonra təkrar doğuş şöbəsinə göndərilib. “Bu isə vaxt itkisi demək idi…”-deyə, mənbə sözlərinə əlavə edib.

Ekspertlərin sözlərinə görə isə hamilə qadınlarda mədə ağrılarının olması mümkündür. Belə vaxtlarda bunun zəhərlənmə ilə heç bir əlaqəsi olmur.

Xatırladaq ki,D. Babayeva zəhərlənmə şübhəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb.

Gununsesi.info