DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət etdi - FOTO

  • By admin
  • 11 Yanvar 2022 11:38

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilib.

DSX-dan Gununsesi.info-ya verilən məlumata görə, DSX rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakı şəhərində II Fəxri Xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hərbi qulluqçuların məzar­larını ziya­rət edib əziz xatirələrini ehtiramla yad edib, daha sonra yas məra­sim­lərində iştirak ediblər.

Gununsesi.info