Dövlət Sərhəd Xidmətinin rəisi genreal-polkovnik Elçin Quliyevə qarşı daha bir iddia ortaya çıxıb.
DSX-nın Zaqataladakı N saylı Hərbi hissəsinin zastava rəisinin sabiq müavini Fərid Əzizli Gununsesi.org-a müraciətində Elçin Quliyevin və onun ətrafının qanunsuz əməllərindən söz açıb:
“Bəlkə də Elçin Quliyev və ətrafındakılar məni bu mövqeyimə görə qınayacaqlar. Amma bəribaşdan demək istəyirəm ki, DSX-da vətənpərvər vətəndaşlarımız da çalışır. Mən onlardan general-mayor Araz Məmmədovun adını çəkə bilərəm”.
Zaqatalada xidmət etdiyi dövrdə şahid olduğu qanunsuz hadisələrdən birini açıqlayan Fərid Əzizli bildirir iki, meşəlik ərazilərdə kütləvi halda ağaclar qanunsuz yolla kəsilib,məhv edilməsində DSX-nın xüsusi rolu olub: “Mən minlərlə ağacdan danışıram. Mənim bu hadisəyə göz yummağıma məcbur edilmişəm. Burdan DSX-in rəisinə səslənirəm əgər yalan deyirəmsə , mən, DSX-in hərhansı bir səlahiyyətli nümayəndəsi , hüquq mühafizə orqanları və müstəqil mediadan nümayəndə ilə birlikdə gedək meşənin gizlin yerlərindəki həmin əraziləri yerindəcə göstərim.
Mən bu qanunsuzluqlara etiraz edəndə hədələrə məruz qalmışam. Birmənalı deyilib ki, komandanlığa aid məsələdir və susmalıyam. Bildirim ki, mənimlə komandanlıqdakı adamlar arasında olan söhbətlərin səs yazıları var. Açıq şəkildə məni təhdid edirlər ki, meşəliyin məhv edilməsinə susum”.
Nəcəf Cavadsoy
Gununsesi.org