Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülüb.