DTX-dən ƏMƏLİYYAT: Saxlanılan vəzifəli şəxslərdən daha birinin adı məlum oldu - YENİLƏNİB + FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin adı məlum olub.

Gununsesi.info xəbər verir ki, əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı nazir müavini istintaqa cəlb edilib.

APA xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

13:29

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

12:44

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.

Gununsesi.info xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məsələ ilə bağlı Oxu.Az olaraq Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Gununsesi.info