DTX “Gəncə əməliyyatı”nı təkzib etdi

  • By admin
  • 24 Noyabr 2016 13:58

dtx

Gununsesi.info dünən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Gəncə şəhərində dini radikallara qarşı əməliyyat tədbirləri keçirməsi barədə məlumat vermişdi.

Bununla bağlı saytımızın əməkdaşı DTX-nın İctimai əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.

Şöbədən bildirilib ki, DTX-nın Gəncə şəhərində əməliyyat keçirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Tərəfimizdən Gəncə şəhərində əməliyyat-axtarış tədbirləri həyata keçirilməyib”- deyə, daha sonra bildirilib.

Qeyd edək ki, məlumatda DTX-nın Gəncədə əməliyyat keçirərək vəhhabi təriqətinə mənsub 10 nəfəri saxladığı əksini tapmışdı. Həmin şəxslərin Gəncədə kifayət qədər geniş imkanlara malik olduğu bildirirlir. Onlar arasında şəhərin məşhur ticarət mərkəzlərindən bir olan “Zer Shooping” geyim mağazasınin sahibi də var. Onlara qarşı irəli sürülən ittihamlar hələ ki, bəlli deyil.

Gununsesi.info