DTX Naxçıvanda daha bir əməliyyat keçirdi - BU DƏFƏ ...

  • By admin
  • 29 Noyabr 2022 11:02

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.

 

Günay

Gununsesi.info