DTX nazir müavinini həbs etdi

  • By admin
  • 01 Noyabr 2022 13:49

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Yeri gəlmişkən, DTX 2020-ci ilin mayında da Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, həmin vaxt da nazir müavinlərindən biri Rafiq Bayramov saxlanılmışdı.

 

Gununsesi.info