DTX-nin Mədəniyyət Mərkəzi musiqi və klassik yoqa məktəblərinə qəbul elan edir

  • Müəllif: admin
  • 27 Fevral 2018 18:02

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi musiqi və klassik yoqa məktəblərinə qəbul elan edir.

Bu barədə Gununsesi.info DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

“Əgər övladınızın istedadının üzə çıxarılmasını, yaradıcılıq qabiliyyətinin inkişafını, mədəni-mənəvi aləminin zənginləşdirilməsini, ümumən vaxtının səmərəli keçirilməsini istəyirsinizsə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi bu şansı sizə verir. Mədəniyyət Mərkəzində fəaliyyət göstərən musiqi məktəbinin – fortepiano, skripka, violençel, tar və qarmon siniflərinə, bundan başqa şahmat, rəsm, floristika, yaradıcı əllər, rəqs dərnəklərinə, həmçinin Azərbaycanda ilk dəfə yaradılan klassik yoqa məktəbinə yazıla bilərsiniz. Dərslər fərdi və qrup şəklində keçirilir”, – elanda bildirilib.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 3 (keçmiş Şəhriyar adına Mədəniyyət evi).

Əlaqə telefonları: (012) 405 91 84; (012) 405 91 13

Gununsesi.info