DTX-nın nazirlikdə həbs etdiyi daha bir vəzifəli şəxsin adı bilindi – FOTOLAR

  • By admin
  • 08 May 2020 16:47

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində daha bir nəfər saxlanılıb.

Gununsesi.org “Lent.az”a istinadla xəbər verir ki, saxlanılan şəxs Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdur.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, bundan əvvəl DTX-nın keçirdiyi əməliyyat nəticəsində Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanıldığı bildirilirdi.

 

 

 

 

Gununsesi.org