DTX-nın sabiq müavini nazir təyin olundu - GÜRCÜSTANDA

  • By admin
  • 01 Avqust 2016 17:50

GURCU

 

Gürcüstanda yeni müdafiə naziri təyin edildi.

Yeni nazir Gürcüstanın Dövlət təhlükəsizlik xidmətinin sabiq müavini Levan İzoriya təyin olunub. Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın baş naziri Gergiy Kvirikaşvili yeni müdafiə nazirini kollektivə təqdim edib. Baş nazir eyni zamanda Vətəndaş bərabərliyi və barış məsələləri üzrə dövlət naziri postuna nazir müavini Ketavan Çıxelaşvilini təyin edib.

Qeyd edək ki, müdafiə naziri Tina Xudaşeli və Paata Zakareişvili avqustin 1-də rəsmi olaraq tutduqları nazir postunu təhvil verərək istefaya gediblər. Nazirlərin istefaya getməsinin səbəbi isə ölkədə keçiriləcək parlament seçkilərində iştirak etməkdir. Avqustun 1-dən etibarən Gürcüstanda rəsmi olaraq seçkiqabağaı kampaniya başlayıb. Hər iki nazir Respublikaçılar Partiyasının üzvləridir. Ancaq onlar oktyabrın 8-də keçiriləcək parlament seçkilərində sərbəst qaydada iştirak etmək istəyirlər.

Gununsesi.info