Dua Lipa Bakıda - "ÇOX HƏYƏCANLIYAM"

  • By admin
  • 29 Aprel 2018 12:30

Bu gün Azərbaycan Qran-prisi çərçivəsində “Baku Crystall Hall”da səhnəyə çıxmağa hazırlaşan dünya şöhrətli gənc müğənni Dua Lipa Bakıdadır.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat verib.

Dünən gecə Bakıya gələn ifaçı uzun yol qət etdiyini yazıb:

“Uşaq vaxtı hansı bayrağın hansı ölkəyə aid olmasını tapmaq hobbim idi. Ona görə də Azərbaycan bayrağını paylaşıram. Bütün günüm yolda keçib, axır ki, Azərbaycana çatdım. Bu, Asiyada ilk konsertimdir. “Formula 1” yarışlarını izləmək üçün çox həyəcanlıyam”.

Qeyd edək ki, Dua Lipa həmkarı – Kristina Aquileradan fərqli olaraq səhnədə 2 saat yox, 1 saat 15 dəqiqə performans sərgiləyəcək.

Gununsesi.info