Dubay-İrəvan və İrəvan-Dubay aviareysləri təxirə salınıb

  • By Mina
  • 17 Aprel 2024 13:16

Dubaydan İrəvana və əks istiqamətdə bir reys daşqın səbəbindən təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbərinin köməkçisi Lilit Aqabekyan “Sputnik Armenia”ya bildirib.

Bildirilib ki, “Flydubai” təyyarəsi bu gün saat 11:20-də Zvartnotsa enməli idi, lakin BƏƏ-dəki məsələlərə görə havaya qalxmayıb.

Başqa uçuşlar planlaşdırılmayıb.

Gununsesi.info