Dubay polisini robotlar əvəz edir - FOTOLAR

  • By admin
  • 24 May 2017 17:30

robotpolis2

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Dubayın ticarət mərkəzləri və turistik məkanlarında 2030-cu ilə qədər polis işçilərinin robotlarla əvəzlənməsi nəzərdə tutulub. “CNN”-ə müsahibə verən Nasser Alrazooqi gələcəkdə mükəmməl işlənmiş robotlardan polis kimi istifadə edəcəklərini açıqlayıb.

Bu gün Dubayda tanıtım məqsədilə bir polis robotunun çalışdırılması bir neçə il sonra hüquq-mühafizə orqanlarında robotlardan istifadəyə keçidin ilk addımı kimi dəyərləndirilib. Gələcəkdə “PAL Robotics” adlı şirkətin hazırladığı bu robotun daha da təkmilləşdirilmiş variantından istifadə olunacaq. Üz tanıma xüsusiyyətinə malik olan robot polislər doqquz dil bilir.

Bunu da qeyd edək ki, bu il fevral ayından Çin hökuməti də cinayətkarların aşkara çıxarılmasında “AnBot” adlı robotun üz tanıma funksiyasından istifadə etməyə başlayıb.

Texnologiyanın imkanlarından yararlanmaq bu cəhətdən əlverişli olsa da, dünya şöhrətli fizik Stefan Havkinq süni zəkanın gələcəkdə bəşəriyyəti məhv edəcəyi mövqeyindən çıxış edir.

robotpolis

 

robotpolis1

Gununsesi.info