Dubay yenə ilkə imza atdı- "AĞILLI PARK"

Dubay yenə ilkə imza atdı

Dubayda hər şeyin bərpa oluna bilən enerji ilə işlədiyi “ağıllı” park açılıb.

Gununsesi.info xəbər verir ki, “Al Barsha South Park” adlanan parkda günəş batareyaları vasitəsilə işləyən parkinq yeri, eləcə də elektromobillər üçün elektrik bərpa məntəqəsi var.

Parkın işıqlandırılması yalnız günəş enerjisi vasitəsilə həyata keçirilir.

Park 7 hektar ərazidə salınıb, onun dəyəri 5 milyon dollara yaxındır.

Gununsesi.info

COMMENTS