Dubayda “07” aldı -FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) uzun müddətdir Birləşmiş Ərəb Əmirliklərində istirahət edir. 

Gununsesi.info xəbər verir ki, o, artıq Dubayda “VAZ-2107” markalı avtomobil alıb.

“Təbrik edin, Dubayda özümə ilk avtomobili aldım. Hesab edirəm ki, bu nəqliyyat vasitəsi dünyanın digər avtomobilləri arasında əsl əyləncədir. Xarici ölkədə xarici markalı avtomobil almaq asan məsələdir. Lakin Vətənin bir parçasını digər istiqamətə gətirməyi isə hər kəs bacarmaz”, – deyə müğənni bildirib.

Qeyd edək ki, “VAZ-2107” Rusiya istehsalıdır.

Gununsesi.info