Hava, Günəş və dəniz suyundan içməli su emalı taktikası: Dubayın içməli su emalı üçün “Bulud Toxumlama” texnologiyası dünyaya örnəkdir

  • By arzu
  • 28 Noyabr 2022 17:57

Dünya əhalisinin 2/3 hissəsi 2025-ci ilədək su qıtlığı ilə qarşı-qarşıya qala bilər. Texnologiyadan içməli su təminatı üçün hava durumunu nizamlamaqdan havadan su çəkməyə qədər bir çox şəkildə istifadə edilir.

 

HTML tutorial

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhəri dünyanın ən quraq bölgələrindən birində yer alır. Şəhərin əhalisinin içməli su tələbatı artarkən yeni su emal texnologiyalarının inkişafını da təşviq edir.

İrəliləyişlər etdirilən bənzərsiz texnologiyalardan biri də bulud toxumlama texnologiyasıdır.

Gununsesi.info “Euronews”a istinadən bununla bağlı yazını sizə təqdim edir:

 

Bulud Toxumlama nədir?

Bulud toxumlama bir buludun yağış emalı həcmini artıram bir hava durumunu nizamlama taktikasıdır. İşlədiləcək təyyarə göy üzünə göndərilmədən öncə təxminçilərin toxumlanacaq doğru buludu seçməsi gərəkdir.

Bu işləyiş yuxarıya yönlü iş hava axımları səbəbiylə yalnız yığılmış küləkli buludlarda işə yarayır. Pilotlar təyyarələrini buludun alt qismində yerləşdirir. Hiqroskopik (nəm çəkən) duz zərrəcikləri yüklü fişəngləri qığılcımlayır.

Sodium xlor və potasium xlor zərrəcikləri bulduun gövdəsinə doğru yüksəldikcə buludun içindəki çox kiçik su damlacıqlarını özünə çəkir. Bu damlacıqları yaratmaq üçün bir araya gəlir və artır. Beləcə, daha ağır olduqları üçün göy üzündən yerə düşür.

İllik yağış miqdarı az olan bölgələrdə bu hiylə yüksək səviyyədə enerji işlədilməsi lazım olduğu üçün dəyərli bir su qaynağı yaradır.  Bir saatlıq bulud toxumlaması üçün 100 min kub metrə qədər su təmin edə bilir.

Qlobal olaraq buludları toxumlayan ölkələrin sayı 50-dən artıqdır. Bu taktikadan yalnız yağış miqdarını artırmaq üçün deyil, soyuq yerlərdə dolu dənəciklərinin ölçüsünü kiçiltmək üçün də işlədilir. Yağan doluların önlənməsi ilə fırtıınaların səbəb olduğu zərərlər önəmli ölçüdə azaldıla bilir.

 

Dəniz suyundan içməli su əldə etmə

Az sayda göl və ya nəhirlərin (çay) olduğu qurraq bölgələrdə yaşayanlar içməli su tədarükü üçün dənizlərə yönəlirlər. Dubayın içməli suyunun 90%-dən çoxu dənizdən əldə edilir.

Böyük duzlu su artırma təsisləri tərs ozmoz prosesindən istifadə edərək böyük miqdarlarda içməli su emalı etmək olar.

O&M ACCIONA şirkətindən Vanessa Fernandez duzlu su təmizləmə işinin Körfəz bölgəsində olduqca tanındığını söyləyir:

“Dünyadakı su qaynaqlarının 98%-ni duzlu sular təşkil edir. Şirin içməli su ilə bağlı qıtlıq yaşayırıq. Bu sürəcin önəmli faydası budur”.

Jebel Ali Duzlu Su Arıtma Təsisi kimi təsislər 30 %-ə qədər azaltmağı hədəfləyən “Dubay İnteqrasiya Su Qaynaqları Yöndəmi Strategiyasına” görə dizayn edilir.

 

Havadan su çəkmə texnologiyası

Günəş enerjisindən yararlanan hidro panellər havadakı nəmdən içməli su emal edir.

Bu texnologiyanı işlədən su cütlükləri isə enerji tədarükü ehtiyacı olmadan mövcud təməllərlə uzaqda su emal edə bilirlər.

Dünya əhalisi qatlanaraq artarkən su tükətilməsi də buna bağlı olaraq çoxalmağa davam edir. Su emalında bu kimi yeniliklər susuz qalmamaq üçün yeni yollar arayışında həyati önəm daşıyır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info