
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, səfər çərçivəsində Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın mayın 22-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə brifinq keçiriləcək.
Gununsesi.info