![](https://www.gununsesi.info/wp-content/uploads/2017/07/duma-250x200.jpg)
Rusiya Dövlət Duması adı terror siyahısında olan şəxslərin vətəndaşlıqdan çıxarılması barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, belə bir qərar aprel ayında Sank-Peterburqdakı metro stansiyasındakı partlayışdan sonra gündəmə gəlib və qeyd edilən terroru törədən Əkbərjon Cəlilov da vətəndaşlıqdan çıxarılıb.
Qərara əsasən, terror səbəbindən vətəndaşlıqdan çıxarılan şəxslərin qohumlarının vətəndaşlığı ləğv edilməyəcək.
Qeyd edək ki, qərarın təsdiqlənməsi üçün Rusiya Prezidenti Vladimir Putinin fərmanı gözlənilir.
Gununsesi.info