
Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.
Bu barədə RİA Novosti agentliyinə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.
Onun sözlərinə görə, bu gün Komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb. Komitə Moldovada səfir postuna Oleq Vasnetsov, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyini təsdiqləyib.
Gununsesi.info