

Putin Narışkıni Dövlət Duması sədrliyindən uzaqlaşdırdı.
Ötən bazar günü Rusiyada keçirilən parlament seçkilərindən sonra Dövlət Dumasının rəhbərliyində ciddi kadr dəyişiklikləri baş verməkdədir.
Gununsesi.info “interfax.ru”-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Duması sədrliyinə Vyaçeslav Volodinin namizdəliyni irəli sürüb və onu dəstəklədiyni bəyan edib.
Volodinin namizdəliyini irəli sürən Putin, onun Duma sədri kimi etimadı doğruladacağına əmin olduğunu da dilə gətirib: “Dumadakı təcrübəsi, ona normal bir iş şəraiti yaratmağa imkan verəcək. Əgər deputatlar onun dəstəklərlərsə, o zaman voldin aşağı palatanın sədri vəzifəsinə namizədliyini irəli sürürəm”.
Volodin hazırda Prezident Administrasiyasının rəhbərinin birinci müavini vəzifəsində çalışır.
“Vahid Rusiya” Partiyası artıq Vyaçeslav Volodinin namizədliyini dəstəkləmək haqqında qərar verib.
Keçmiş Duma sədri Sergey Narışkin isə Xarici kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təyinat alıb.
Gununsesi.info