Dünən ərə getdi, bu gün hamilə olduğu deyilir

  • By admin
  • 17 Dekabr 2019 22:05

Dünən 52 yaşlı iş adam Erol Özmandıracı ilə ailə quran 36 yaşlı aktrisa Naz Elmasın hamilə olduğu deyilir.

Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara Nazın toyda geniş gəlinlik seçməsi və qolundakı göy ləkələr səbəb olub. Belə ki, həmin göyərtilər aktrisaya toydan əvvəl sistem köçürülməsi ilə əlaqələndirilib.

Qeyd edək ki, Erolu ilk baxışdan sevdiyini bildirən Naz “Qalatasaray”lı olduqlarını və onun sayəsində bir araya gəldiklərini açıqlamışdı.

Xatırladaq ki, Erol Özmandıracının 2018-ci ildə boşandığı Ceylun Altunçdan və 2,5 il münasibətdə olduğu Merve Baştuğdan iki uşağı var. Naz isə 2014-cü ildə ailə qurduğu Emre Kıramerdən 6 ay sonra ayrılmışdı.

 

 

Gununsesi.org