Dünən 31 cinayətin üstü açılıb

  • By admin
  • 14 Mart 2020 12:25

Bakıda dünən 31 cinayətin üstü açılıb. Bakı BPİ-dən Gununsesi.org-a verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirləri nəticəsində daha 11 faktın açılması təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 27 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı elan olunan 9 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Gununsesi.org