Dünən cəmi 251 nəfərə vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.

HTML tutorial

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 420 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 339 təşkil edir.